Xəbər lenti

Özbək futbolçu Hatayda xilasetmə komandasına qatıldı
İdman07:55 20.02.2023

Özbək futbolçu Hatayda xilasetmə komandasına qatıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Super Liqa təmsilçisi "Karagümrük"ün özbək futbolçusu Otabek Şükürov Kahramanmaraşda baş verən zəlzələlər səbəbilə Özbəkistandan gələn xilasetmə qrupu ilə birlikdə Hatayda axtarış-xilasetmə işlərinə qatılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul komandasının sosial media hesabında paylaşım edilib.
"Futbolçumuz Otabek Şükürov ötən həftə Özbəkistandan köməyə gələn komanda ilə axtarış-xilasetmə işlərinə qatılaraq, vətəndaşlarımız üçün böyük fədakarlıqla çalışıb. Otabek Şükürova və Özbəkistan xalqına bizim yanımızda olduqlarına və dərdimizə şərik olduqlarına görə təşəkkür edirik", deyə açıqlamada qeyd edilir.