"Özəl pensiya fondlarından hər kəs faydalana bilər".
Bubnu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli özəl pensiya fondlarından danışarkən deyib.
Ekspert fonddan faydalanmaq üçün hər ay ona əmək haqqından pul ödəməyin vacibliyini vurğulayıb:
"Özəl pensiya fondu pensiya fondlarına alternativdir. İcbari pensiya fondundan fərqli olaraq burada məqsəd könüllü olacaq, kim istəsə özəl pensiya fonduna üzv ola bilər. Amma razılaşmalara görə, maaşın müəyyən hissəsini fonda köçürməli olacağıq. Hazırkı pensiya fondu bizə 65 yaşa çatandan sonra pensiya təminatını yaradır. Burada isə məsələ bir az çevik olacaq. Bir hadisə baş verərsə, pensiyanın varislərə keçmə hüququ yaranacaq. Bundan əlavə, menecerlər fondu yaxşı idarə etsələr, daha yaxşı təminat imkanları yarana bilər".
Xalid Kərimlinin sözlərinə görə, əmək haqqından pul ödəməyənlərə özəl pensiya fondundan yararlana bilməz:
"Dövlətin pensiya fondu hətta işləməyənlərə də pensiya verir. Amma özəl fonda belə olmayacaq, kimlər iştirak edəcəksə, onlar da faydalanacaq".
Qeyd edək ki, Azərbaycanda özəl pensiya fondları haqqında qanun layihəsi hazırlanır. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitəniniclasında bildirib. Komitə sədri əlavə edib ki, layihə ya 2025-ci il payız sessiyasında, ya da 2026-cı ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Bahar Rüstəmli
Şərhlər