Bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində özünü güllələyərək öldürən polis iki uşaq atası olub.
Qaynarinfo-nun məlumatına görə, ailəsi Füzuli şəhərindən məcburi köçkün olan İlkin Qasımov 1994-cü ildə Bakıda anadan olub. Ailəsi ilə birlikdə Bakıda yaşayan İlkin Qasımov burada da ailə həyatı qurub və iki övladı var.
Füzuli rayon Dövlət Yol Polisi İdarəsinin baş leytenantı olmuş İlkin Qasımov xidmətdə fərqləndiyinə görə bir sıra fəxri fərmanlarla da təltif olunub.
"Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq yol hərəkəti qaydalarına həsr olunmuş bir sıra marifləndirici tədbirlərdə də iştirak edib.
Əhməd