Xəbər lenti

Oğuz-Qəbələ-Bakı xəttindəki qəza aradan qaldırıldı - Su doldurulur
Ekonomiks 18:11 18.06.2025

Oğuz-Qəbələ-Bakı xəttindəki qəza aradan qaldırıldı - Su doldurulur

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb.

Bu barədə Qaynarinfo-ya İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Hazırda xəttin su ilə doldurulması prosesinə başlanılıb. Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və  hidroizolyasiya işləri aparılıb.
Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-i axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək.  

Xüsusilə diqqətə çatdıraq ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas   vaxt aparan mərhələ - magistral kəmərin  boşaldılması və yenidən doldurulması mərhələləridir. 

Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->