Xəbər lenti

Olimpiadada 4-cü gümüş medalı qazandıq
İdman12:54 18.08.2016

Olimpiadada 4-cü gümüş medalı qazandıq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Olimpiadanın bu günkü mübarizəsi bizim üçün gümüş medalla başlayıb.

Qaynarinfo.Az xəbər verir ki, avarçəkmənin kanoe sprint növündə 200 metr məsafəyə yarışan Aleksandr Demyanenko finişə 2-ci çatıb. O cüzi fərqlə uduzub.

Ukraynalı idmançı Yuri Çeban qızıl medal qazanıb. O, finiş xəttini yeni Olimpiya rekordu - 39,279 saniyəyə qət edib. Ondan 0,214 saniyə geri qalan Demyanenko gümüş medalla kifayətlənib. İlk "3-lüy" İsak Keyruş dos Santos (Braziliya) tamamlayıb - 39,628 saniyə.

Qeyd edək ki, Azərbaycanın bunadək 7 medalı (3 gümüş, 4 bürünc) vardı.

Qaynarinfo.Az