Xəbər lenti

Olimpiadada bayraqdarımızın kim olması müəyyənləşdi
İdman14:40 25.07.2016

Olimpiadada bayraqdarımızın kim olması müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gündən sonra start götürəcək Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan bayrağını daşıyacaq şəxs müəyyən olunub. 

"Qaynarinfo.Az" xəbər verir ki, bu, boks üzrə Avropa Oyunlarının qalibi Teymur Məmmədov olacaq. Bunu Gənclər və İdman naziri Azad Rəhimov bu gün açıqlayıb. O bildirib ki, Məmmədov 2-ci dəfə Olimpiadada iştirak etdiyindən və kifayət qədər nailiyyətləri olduğundan, bayraqdar seçilib.

Qeyd edək ki, Teymur Məmmədov Avropa Oyunlarından başqa, 2011-ci ildə Türkiyənin paytaxtı Ankarada Avropa çempionu olub.

Qaynarinfo.az