
İngiltərənin “The Independent” və “ABD”ın “Buzzfeed” nəşrləri Braziliyada keçirilən Yay Olimpiya Oyunlarının televiziyada yayımından maraqlı görüntülər hazırlayıblar.
Qaynarinfo.Az xarici KİV-ə istinadən xəbər verir ki, kanallarda idmançılar çıxış edən zaman, ekranda onlar haqqında informasiyanın yazıldığı panel görünür.
Bu panel isə bəzi epizodlarda idmançının qurşaq hissəsinə düşür və onların lüt olduğu zənnini yaradır.
Nəşrlərin hazırladığı bu görüntülər sosial mediada insanların əyləncə vasitəsinə çevrilib.