Xəbər lenti

Olimpiadanı pozmaq istəyən rus tutuldu: FTX-dan əmr alıb?
Dünya 13:24 26.07.2024

Olimpiadanı pozmaq istəyən rus tutuldu: FTX-dan əmr alıb?

Fransanın paytaxtında Rusiya Federasiyasının vətəndaşı Olimpiadanın açılışını pozmağa cəhddə şübhəli bilinərək saxlanılıb. Onun Federal Təhlükəsizlik Xidmətindən (FTX) tapşırıq aldığı deyilir.

Qaynarinfo "Bild"ə istinadən xəbər verir ki, Parisdə saxlanılan 40 yaşlı rusiyalı Kirilo Qryaznov Rusiya Federasiyasının xüsusi xidmət orqanlarında işləyirmiş.

"Le Monde", "Der Spiegel" və "The Insider" jurnallarının birgə araşdırmasında yazdıqları kimi, saxlanılan şəxsin mənzilində FTX şəxsiyyət vəsiqəsi tapılıb. Agent may ayında Bolqarıstanın Sveti Vlas kurortunda özünü "ələ verib". O, sərxoş olduqdan sonra ətrafdakılara planlarından danışıb, vəsiqəsini yelləyib və Rusiyaya zəng edib", deyə nəşr yazır.

Qeyd olunur ki, Qryaznov Moskvada hüquqşünas ixtisası üzrə təhsil alıb, 2007-ci ildə magistratura pilləsini bitirib. Üç ildən sonra aşpaz təhsili almaq üçün Parisə yollanıb.

"Ola bilsin ki, artıq həmin vaxt işə götürülüb. Həmin şəxs "Instagram"da kulinariya bloqunu idarə edib, 10 mindən çox izləyicisi var. O, bahalı geyimlərdə poza verməyi xoşlayır", deyə "Bild" qeyd edib.

Müstəntiqlərin fikrincə, FTX olimpiadanı pozmaq üçün xüsusi olaraq rus aşpazı işə götürüb. O, iyulun 23-də Olimpiya Oyunlarını pozmağa hazırlaşmaqda şübhəli bilinərək saxlanılıb.

Qryaznov Permdə doğulub böyüyüb, Moskvaya köçüb və 2010-cu ildə Fransaya yollanıb, burada yemək kurslarından sonra Kurçevel xizək kurortunun "Mişlin" ulduzlu restoranlarından birində işləyib. 2012-ci ildə naməlum səbəblərdən Qryaznov Rusiya Federasiyasına qayıdıb və burada aşpaz kimi işləməyə davam edib, tok-şoulara qatılıb.

"O, 2024-cü ilin yazından kəşfiyyata işləməkdə şübhəli bilinir. Mayın 7-də Türkiyədə transferlə Parisə getməli imiş, amma o qədər sərxoş olub ki, İstanbulda onu təyyarəyə mindirməyiblər və "qara siyahı"ya salıblar. Sonra Qryaznov Bolqarıstana gedib və orada yenə sərxoş olub və təsadüfi insanlara gizli missiya ilə Parisə getdiyini deməyə başlayıb", deyə qeyd edilir.

Paris prokurorluğu bildirib ki, onlar Qryaznovun üzərində bəzi diplomatik materiallar və Rusiya xüsusi xidmət orqanlarına üzvlüyünü göstərən arayış tapıblar. Qryaznov casusluqda ittiham olunur, onu 30 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək davam edəcək. Yay Olimpiya Oyunları tarixində ilk dəfə olaraq açılış mərasimi stadionda deyil, Parisin mərkəzində Sena çayının sahilində keçiriləcək.

Təşkilatçılar həm oyunların açılışı zamanı, həm də bütün oyunlar boyu geniş və görünməmiş təhlükəsizlik tədbirləri görüblər. Açılış mərasimini hüquq-mühafizə orqanlarının 45 min əməkdaşı, 10 mindən çox hərbi qulluqçu və ixtisaslaşmış özəl şirkətlərin 20 minə yaxın əməkdaşı qoruyacaq. Təhlükəsizlik tədbirləri Sena çayının 6 km-dən çox sahillərində olacaq. Bu ərazidə 300 minə yaxın tamaşaçı toplaşacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->