
Avqustun 5-də Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək.
Qaynarinfo.Az xəbər verir ki, 17 gün davam edəcək yarışda Azərbaycan 56 idmançı ilə təmsil olunacaq.
Artıq millimiz yarışda iştirak üçün Braziliyaya da yollanıb. Rioya gedənlərin isə heç də hamısı lisenziyanı özü qazanmayıb.
İdmançılarımızın bəziləri bunu haqq edən komanda yoldaşlarını əvəzləyiblər. Məsələn, üzgüçülükdə İslamiadanın qalibi Boris Kirillov Maksim Şemberevin, güləşdə isə Olimpiya çempionu Şərif Şərifov Məhəmmədhacı Xatiyevin, dünya birincisi Hacı Əliyev Mircəlal Həsənzadənin, Avropa çempionu Natalya Sinişin Anjela Doroqanın yerinə heyətdə yer alıb.
18 idman növü üzrə 56 idmançı (57 lisenziya) bunlardır:
Boks
Rüfət Hüseynov (49 kq)
Elvin Məmişzadə (52 kq)
Cavid Çələbiyev (56 kq)
Albert Səlimov (60 kq)
Lorenso Sotomoyor (64 kq)
Pərviz Bağırov (69 kq)
Kamran Şahsuvarlı (75 kq)
Teymur Məmmədov (81 kq)
Abdulqadir Abdulayev (91 kq)
Məhəmmədrəsul Məcidov (+91 kq)
Yana Alekseyevna (60 kq)
Taekvondo
Patimat Abakarova (49 kq)
Fəridə Əzizova (67 kq)
Milad Beiqi Harçeqani (80 kq)
Radik İsayev (+80 kq)
İdman gimnastikası
Oleq Stepko
Pyotr Paxnyuk
Bədii gimnastika
Marina Durunda
Cüdo
Orxan Səfərov (60 kq)
Nicat Şıxəlizadə (66 kq)
Rüstəm Orucov (73 kq)
Məmmədəli Mehdiyev (90 kq)
Elmar Qasımov (100 kq)
Uşanqi Kokauri (+100 kq)
Kanoe və kayak
İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m)
Valentin Demyanenko (kanoe, 200 m)
Yuri Meqliç (kanoe-slalom)
Akademik avarçəkmə
Aleksandr Aleksandrov - Boris Yotov (akademik avarçəkmə, 200 m)
Atletika
Nazim Babayev (üçtəkanla tullanma)
Hayle İbrahimov (5000 m)
Anna Skidan (çəkicatma)
Evans Kiplaqat (marafon)
Triatlon
Rostislav Pevtsov
Kamandan oxatma
Olqa Senyuk
Güllə atıcılığı
Ruslan Lunyov (10 m və 25 m)
Üzgüçülük
Fatimə Əlkərəmova (sərbəst, 100 m)
Boris Kirillov (arxası üstə, 200 m )
Qılıncoynatma
Səbinə Mikina (sablya)
Sərbəst güləş
Kişilər
Hacı Əliyev (57 kq)
Toğrul Əsgərov (65 kq)
Cəbrayıl Həsənov (74 kq)
Şərif Şərifov (86 kq)
Xetaq Qazyumov (97 kq)
Camaləddin Məhəmmədov (125 kq)
Qadınlar
Mariya Stadnik (48 kq)
Natalya Sinişin (53 kq)
Yuliya Ratkeviç (58 kq)
Yunan-Roma güləşi
Rövşən Bayramov (59 kq)
Rəsul Çunayev (66 kq)
Elvin Mürsəliyev (75 kq)
Saman Təhmasibi (85 kq)
Sabah Şəriəti (130 kq)
Velosiped idmanı
Olqa İsmayılova (şosse)
Maksim Averin (şosse)
Yelena Pavluxina (sprint və keyrin)
Qaynarinfo.Az