Xəbər lenti

Oğlu öldürülən ana görün nə etdi - Azərbaycanda
Ölkə07:55 14.08.2014

Oğlu öldürülən ana görün nə etdi - Azərbaycanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şəmkirdə qətl hadisə baş verib, ölənin qohumları isə qətli törədən şəxsin evini yandırıblar

Şəmkirdə iki nəfər arasında yaranan mübahisə bir nəfərin ölümünə səbəb olub.

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 13-də axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib. Kənd sakini, 22 yaşlı Vüqar Məhərrəm oğlu Əliyev mübahisə zəminində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Nəbi oğlu Tanrıverdiyevi bıçaqlayıb.

P. Tanrıverdiyev hadisə yerində ölüb.

V. Məhərrəmov isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Hadisədən sonra qətli törədən Vüqar Əliyevə məxsus 169 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb.

Yanğının ölən P. Tanrıverdiyevin qohumları tərəfindən törədildiyi ehtimal edilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda və Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qaynar.info