Zeynəb Xanlarovanın həbs edildiyi deyilən bacısı oğlu Daşqın
Nəsirovla bağlı daha bir maraqlı fakt ortaya çıxıb.
O, bir neçə il əvvəl Xalq artisti Aygün Kazımovanın qızı
İlqarə ilə görüntüləri yayılan Orxan Nəsirovun atasıdır. Buna görə tərəflər
arasında böyük qalmaqal yaşanmışdı. Hətta internetdə yayılan videogörüntülərə
görə A.Kazımova telekanallardan birində çıxış edərək, həmin kadrlarda qızı ilə
bir otaqda olmuş gənclərin ünvanına təhqiramiz ifadələr işlədib.
Orxan Nəsirovun atası Daşqın Nəsirov isə mətbuata
açıqlamasında Xalq artistini şou yaratmaqda ittiham etmişdi:
"Özü şou axtarır, biz o səviyyədə şou axtaran adam deyilik.
İstəmirik ki, kənddə beş-üç tanıyan adama özümüzü bu səviyyədə göstərək, mən xəcalət
çəkirəm bu barədə söhbət etməyə, dövlətimiz güclüdür, harada nə lazımdır, gedib
sözümüzü deyəcəyik, özümüzü də müdafiə edəcəyik!”.
Mənbə: Olke.az
Şərhlər