
Ombudsman son günlər cəzaçəkmə müəssisələrində baş verən intihar faktlarına münasibət bildirib.
APA-nın xəbərinə görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, cəzaçəkmə müəssisələri də canlı bir orqandır və cəmiyyətin tərkib hissəsidir: “Ona görə də belə hallar orada qeydə alınır. İşgəncələr əleyhinə qeyri-insani, insan ləyaqətini alçaldan rəftar əleyhinə Konvensiyanın əlavə protokoluna görə Azərbaycanda da milli preventiv mexanizm yaranıb. Hər gün cəzaçəkmə müəssisələrində yoxlama tədbirləri keçirilir, oranın əməkdaşları tərəfindən insanlara göstərilən rəftarlar yoxlanılır. Hər bir cinayət törətmiş insan, məhkum yalnız məhkəmənin qərarı ilə bir cəza ala bilir. Ondan başqa ona heç bir cəza tətbiq oluna bilməz. Bu kimi hallar olduğu halda dərhal Baş Prokurorluq və daxili işlər orqanlarına məlumatlar verilir, dəqiq araşdırmalar aparılır. Əgər həqiqətən belə bir halların olması təsdiqlənərsə, onlar lazımi qaydada cəzalandırılacaq”.
Qaynar.info