
760 ailə qəsəbədə inşa edilmiş şəhərciyə köçürüləcək
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) yataqxanalarından məcburi köçkünlərin köçürülməsi prosesinə başlanılıb. Bu barədə APA-ya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov məlumat verib.
Artıq başlanımış proses çərçivəsində ADNA-nın 6 yataqxanasından 760 ailə Abşeron rayonunun Masazır qəsəbəsində inşa edilmiş şəhərciyə köçürüləcək.
Qeyd edək ki, Masazır qəsəbəsində 12 hektar sahədə salınmış şəhərcikdə 760 evdən 90-ı birotaqlı, 490-ı ikiotaqlı, 170-i üçotaqlı, 10-u isə dördotaqlıdır. Şəhərcikdə məktəb, uşaq bağçası, klub, tibb məntəqəsi inşa edilib.
Qaynar.info