Xəbər lenti

“Onlayn Azərbaycan” layihəsinin Bakıya aid hissəsi tamamlandı
Ekonomiks 17:33 23.09.2024

“Onlayn Azərbaycan” layihəsinin Bakıya aid hissəsi tamamlandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi "Onlayn Azərbaycan” layihəsi çərçivəsində ötən ay Bakıda 4 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb, bununla da paytaxtda mövcud bütün təsərrüfatların genişzolaqlı internetə çıxışı təmin olunub.

Qaynarinfo bu barədə nazirliyə istinadən xəbər verir.

Layihənin əsas operatorlarından olan "Bakı Telefon Rabitəsi” MMC-nin baş direktoru vəzifəsini icra edən Tural Pirverdiyev layihənin mühüm mərhələsinin başa çatması ilə əlaqədar olaraq deyib: "Biz müştərilərimizə dəyərli xidmət və sərfəli məhsul təqdim etmək imkanlarımızı daha da genişləndirmiş olduq”.

"Onlayn Azərbaycan” layihəsinin icrasından öncə 2017-2020-ci illər ərzində Bakı şəhəri üzrə cəmi 193 min təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilmişdi.

Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonuna qədər ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Hazırda ölkə üzrə ümumilikdə 2,9 milyon təsərrüfat genişzolaqlı internetlə əhatə olunub. Bu, ölkədəki mövcud təsərrüfatların 97 %-ni təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->