Xəbər lenti

Onlayn geyim alanlara xəbərdarlıq: Dələduzluq çoxalıb (VİDEO)
Ekonomiks09:34 23.06.2025

Onlayn geyim alanlara xəbərdarlıq: Dələduzluq çoxalıb (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Geyim almaq istədilər, dələduzluqla üzləşdilər... Son vaxtlar belə şikayətlərin sayı artıb...
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən bir çox şəxs dələduzluqla üzləşdiyini bildirir.
Mətanət İbrahimova da həmin zərərçəkmişlərdəndir.
O, deyir ki, pulunu ödədiyi paltarın poçtla göndəriləcəyi deyilsə də, həftələrdir ortada heç nə yoxdur. Geyimi almaq üçün əlaqə saxladığı, ödəniş etdiyi şəxsin nömrəsindən isə onu blok ediblər.
Digər onlayn mağazadan geyim almaq istəyən zərərçəkmiş isə deyir ki, 50 manat behi atdıqdan sonra əlaqə saxladığı adam yoxa çıxıb. Şəxs iddia edir ki, həmin şəxslər onu aldadandan sonra işlətdikləri səhifənin adını dəyişiblər.