Xəbər lenti

Online supermarket layihəsi 100 milyon avro yatırım aldı
Ekonomiks06:29 24.09.2017

Online supermarket layihəsi 100 milyon avro yatırım aldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hollandiyada yaradılan online supermarket layihəsi Picnic, NPM Capital, De Hoge Dennen, Hoyberg və Finci’nin də daxil olduğu sərmayəçilərindən ümumilikdə 100 milyon avro investisiya alıb.

18 ay əvvəl qurulan Picnic pulsuz şəkildə market ehtiyaclarınızı istədiyiniz yerə qədər gətirən bir modellə işləyir.

Həmtəsisçi Joris Beckers’ın məlumatına görə, Picnic aldığı bu yeni 100 milyon Avroluq sərmayəni bütün Hollandiyadakı əməliyyatını genişləndirmək üçün xərcləyəcək. Hələlik Hollandiyanın Utrecht, Amersfoort və Almere şəhərlərində fəaliyyət göstərən layihə yaxın gələcəkdə fərqli şəhərlərdə də fəaliyyətə başlamağı planlaşdırır.

Qaynarinfo.Az

Mənbə: BizPlus.az