Xəbər lenti

“Optimal Elektronika”nın sahibinin yarım milyonluq vergi borcu - İşçilər onu məhkəməyə verdi
Ekonomiks08:44 21.06.2022

“Optimal Elektronika”nın sahibinin yarım milyonluq vergi borcu - İşçilər onu məhkəməyə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda şirkət direktorunun külli miqdarda vergi borcu üzə çıxıb. 
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Optimal Elektronika” MMC təsisçisi və baş direktoru və "Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktoru Əsgərov Əhəd Tofiq oğlunun təsisçisi olduğu "STENTOR" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 486 min 574 manat 20 qəpik borcu yaranıb. 
Şirkət külli miqdarda yaranan borc səbəbindən xeyli sayda işçini ixtisar edib.
Elə bu səbəbdən bir neçə ay əvvəl Əhəd Əsgərova bir neçə ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Hazırda isə Türkiyə vətəndaşı Kandemir Ahmet Əhəd Əsgərovun təsisçisi olduğu "STENTOR" MMC-dən qanunsuz olaraq işdən çıxarıldığını iddia edir. Şirkət Kandemir Ahmet tərəfindən işə bərpa və əmək haqqı tələbi Ali Məhkəməyə verilib.
Əhməd