Xəbər lenti

"Optimal Elektronika" ticarət qaydalarını pozub - Vergi borcu da var
Ekonomiks13:21 12.09.2023

"Optimal Elektronika" ticarət qaydalarını pozub - Vergi borcu da var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Optimal Elektronika" MMC-yə ticarət qaydaları əleyhinə olan (Malların saxlanılması və ya satışı zamanı mal qonşuluğunun, temperatur rejiminin, yaxud satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə 600 manatdan 900 manatadək məbləğdə cərimə edilir.
İşə sentyabrın 21-də Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq. 
Qeyd edək ki, qanuni təmsilçisi Əhəd Əsgərov Tofiq oğlu olan olan "Optimal Elektronika" MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 11457.08 manat vergi borcu var.
Əhməd