Xəbər lenti

Oqtay Şirəliyev iki baş həkimi cəzalandırıb
Ölkə09:07 06.04.2015

Oqtay Şirəliyev iki baş həkimi cəzalandırıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda iki baş həkim cəzalandırılıb.

Report-un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.

Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzəfədən azad edilib, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi Tədqiqat Mamalıq və Ginekolgiya İnstitutunun direktoruna xəbərdarlıq edilib.

Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutlub.

Qaynar.info