Xəbər lenti

Ordumuz gün ərzində düşmənə məxsus ikinci PUA-nı vurdu - FOTO
Ölkə16:43 12.12.2016

Ordumuz gün ərzində düşmənə məxsus ikinci PUA-nı vurdu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam saatlarında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus növbəti pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.
Qaynarinfo.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, günün birinci yarısında Müdafiə Nazirliyi cəbhənin Füzuli rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilməsi barədə xəbər yaymışdı.
Qaynarinfo.Az