Xəbər lenti

Ordumuzun daha bir hərbçisi Qubadlıda minaya düşdü
Ölkə11:26 02.01.2021

Ordumuzun daha bir hərbçisi Qubadlıda minaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov Qubadlı rayonunda mina partlaması nəticəsində həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Silahlı Qüvvələrinin "VKontakte" səhifəsindəki mesajında ​​deyilir.

Hadisə yanvarın 1-də Qubadlı rayonunun Qantəpə yüksəkliyində baş verib.

Mina partlaması nəticəsində Azərbaycan ordusunun hərbçisi Vasif Üzeyir oğlu Məhərrəmov həyatını itirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ordumuzun hərbçisinin mina partlaması nəticəsində ölməsi barədə məlumatı təsdiqləyib. (Virtualaz.org)