Xəbər lenti

Ordumuzun zabiti özünü asdı - OLAY
Ölkə05:17 30.05.2013

Ordumuzun zabiti özünü asdı - OLAY

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tağım komandirini buna vadar edən səbəbin ailədaxili problemlər olduğu bildirilir

Dünən Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. Qaynar.info-nun verdiyi xəbərə görə, bu barədə "lent.az" məlumat yayıb.

Məlumata görə, Lənkəran şəhərində yerləşən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin leytenantı, 1989-cı il təvəllüdlü Sərxanlı Elşən Adilxan oğlu özünü yaşadığı hərbi şəhərciyin həyətindəki ağacdan asıb. 24 yaşlı hərbçinin asılı vəziyyətdə qalmasını görən sakinlər onun həyatını xilas ediblər. E.Sərxanlı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, tağım komandiri olan hərbçi ailədaxili problemlər üzündən həyatına qəsd edib. Faktla əlaqədar araşdırmalar aparılır.

Qaynar.info