Xəbər lenti

Orduya nə qədər yardım edilib? - Məbləğ açıqlandı
Ölkə07:17 13.09.2016

Orduya nə qədər yardım edilib? - Məbləğ açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo.Az-a verilən məlumata görə, avqust ayında fonda 641 min 612 manat və 300 avro köçürülüb.

2016-cı ilin sentyabrın 1-dək fonda ümumilikdə 76 261 691 manat, 212.373 ABŞ dolları, 4193 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli fərmanı ilə yaradılıb. 

Qaynarinfo.Az