Xəbər lenti

Orta məktəb dərsliyində kobud səhv ( FOTO)
Ölkə18:42 26.10.2017

Orta məktəb dərsliyində kobud səhv ( FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Orta məktəblər üçün 5-ci sinif ingilis dili kitabında kobud səhvlərə yol verilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə blogger Vyaçeslav Sapunov öz Facebook səhifəsində yazıb.
Blogger "Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılan dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritədə kobud coğrafi səhvlər aşkarlayıb.
Belə ki, xəritədə Böyük Britaniyanın paytaxtı Londonun yeri səhv göstərilib, İtaliyanın paytaxtı Roma isə Rumıniya və Ukrayna kimi ölkələrin üzərindən yazılıb. Bundan əlavə, Hudzon çayı və Kambocanın adı səhv verilib, Antarktida və Kanadanın şimalı isə ümumiyyətlə xəritədən kəsilib.
Kitabın müəllifləri Nərminə Əliyeva, Gülşən Hüseynova və Rafiq Əliyevdir.
Qaynarinfo.Az