
İftar vaxtı birdən çoxlu qida qəbul etmək astma xəstələrinə pis təsir edir.
Müqəddəs Ramazan ayı gəlməklə xəstələrin oruc tutması ilə bağlı problemlər gündəmə gəlir. Təbiidir ki, hər kəs 11 ayın sultanının fəzilətlərindən yararlanmaq istəyir. Amma müəyyən xəstəliklərdən əziyyət çəkənlər özlərini təhlükəyə atmalı deyillər. İslam özü buna icazə vermir. Xəstələr oruc tutmaq istədikdə mütləq həkimləri ilə məsləhətləşməlidirlər.
ANS PRESS bu gün nə olursa olsun oruc tutmaq istəyən astma xəstələrinə məsləhətlər verəcək.
Astma susuzluqdan ən çox təsirlənən xəstəlik olaraq tanınır. Bu xəstəlikdən əziyyət çəkənlər oruc tutarkən uzun müddət susuz qaldıqları üçün ağciyərlərdəki ifrazatları quruyur və bronxlarda daralmalar meydana gəlir.
Uzun sürən aclığın nəticəsində qan şəkəri aşağı düşür. İftar vaxtı birdən çoxlu qida qəbul etmək astma xəstələrinə pis təsir edir.
Həkimlər bunun qarşısını almaq üçün həmin xəstələrə kiçik porsiyalar halında qida qəbul etməyi məsləhət görürlər.
Qaynar.info