Xəbər lenti

Orxan Fikrətoğlu "Şamaxı"nın İdarə Heyətində yer alacaq
İdman10:24 04.08.2022

Orxan Fikrətoğlu "Şamaxı"nın İdarə Heyətində yer alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Şamaxı"nın İdarə Heyətinin tərkibi və məşqçiləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, təyinatlar klubun bu gün keçirilən iclasında təsdiqlənib. Hüquqşünas Elçin Usubun rəhbərlik etdiyi heyət 5 nəfərdən ibarətdir. Onun müavinləri Emil Sadıqzadə, Xəyal Mustafayev, heyət üzvləri isə Orxan Fikrətoğlu və Seyran Alcanovdur.
Komandanın rəsmi baş məşqçisi Vüqar Əsgərli olacaq. Məşqçilər isə Cavid Hüseynov, Elhad Nəziri və Rüstəm Əliyevdir. Miloş Yevtiç fiziki hazırlıq, Anar Niftəliyev isə qapıçılarla iş üzrə məşqçi funksiyasını yerinə yetirəcək.
Səbuhi Həsənov