Xəbər lenti

Orxan Pamuk yeni roman yazır
Ölkə07:21 31.07.2013

Orxan Pamuk yeni roman yazır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk yeni roman yazır. Bu barədə yazıçı iki gün öncə ABŞ-da nəşr edilən "New Republic" jurnalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə roman İstanbula immiqrasiya haqqındadır: "1950-ci illərin sonu, xüsusən 60-cı illərdə Türkiyənin kasıb bölgələrindən İstanbula köç başlandı. 1950-ci illərin sonundan türk gecəqondu məhəllələri tikilməyə başlandı, 60-cı illərdə onlar çoxaldı. Mədəniyyəti dəyişdirən orta sinif deyil. Bunu edən proletariatdır, daha çox yoxsullardır. Mənim indi araşdırma aparan köməkçilərim var, onlar xalqın arasına çıxır, insanlarla danışır və mənə məlumat verirlər: 1970-ci illərdə küçə alverçiləri, qatıqsatanlar necə idilər, davranışları necə idi. Bax, bu cür xırda detallar. Material toplayanda öz-özümə deyirəm, İlahi, mən ki Stendalın, Balzakın etdiyini edirəm"  - deyə yazıçı yazdığı əsər haqqında bildirib.


Qaynar.info