Xəbər lenti

Orxan Zeynalovun məhkəməsi başlayır
Ölkə06:32 17.10.2013

Orxan Zeynalovun məhkəməsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün istintaq Moskvada qətldə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə çıxış edəcək. Bu barədə qərar hələ dünən çıxarılmalı idi. Lakin Orxan Zeynalovun rus dilini bilməməsi üzündən həbs-qətimkan tədbirinin seçilməsi baş tutmamışdı.

Musavat.com-un verdiyi məlumata görə, məhkəməyə sənədlər iki dildə təqdim olunacaq. Prosesin yaxın saatlarda başlayacağı gözlənilir.

İstintaq Komitəsi iddia edir ki, Orxan Zeynalov Yeqor Şerbakovu bıçaqla vurduğunu təsdiqləyib. Lakin şübhəlinin özü ilkin ifadəsində hərəkətlərinin özünümüdafiə olduğunu bildirib.


Qaynar.info