
20 noyabr helikopter qəzası amanı şəhid olan jurnalist Osman Mirzəyevin qızı Sevinc Osmanqızı öz Facebook səhifəsində atasının sonuncu şəkilini paylaşıb.
Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, şəkillərdən birində Osman Mirzəyev Azərbaycanın şəhid daxili işlər naziri Məhəmməd Əsədovla birlikdə, digərində isə onları Qarabağa götürəcək Mİ-8 helikopterinin qarşısında dayanıb.
"Atamın son şəkillərindən biri:
2 görkəmli şəxsiyyət - AR Prezidentinin müşaviri Osman Mirzəyev Daxili Işlər naziri Məhəmməd Əsədovla Qarabağa səfər zamanı. Azərbaycanın belə dövlət xadimləri olub. Başın sağ olsun, Azərbaycan!", - Sevinc xanım şəkillərin altında yazıb.
Qeyd edək ki, bu gün 20 noyabr Qarakənd faciəsinin 23-cü ildönmüdü. 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən Azərbaycana məxsus helikopter vurulub.
20 noyabr faciəsi nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, ölkənin baş prokuroru İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Osman Mirzəyev, Alı Mustafayev və bir çox dövlət məmurları həlak olublar.
Qaynar.info



