"Bu gün inflyasiyanın qarşısını almaq üçün istehsalı artırmaq lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev bayram öncəsi market və ticarət şəbəkələrində baş verən bahalaşmanın səbəblərindən danışarkən deyib.
Deputat bildirib ki, inflyasiya qarşısını kökündən almaq üçün daxili istehsalı artırmaq və keyfiyyətini yüksəltmək lazımdır:
"Bu halda bütün bazar iqtisadiyyatlarında normal formada işləyəcək. Bayramqabağı bütün ölkələrdə ehtiyac olan məhsulların, o cümlədən qida məhsulların qiymətləri dəyişilir. Təbii ki, qiymət artımı ilə müşahidə olunur. Burada tələb və təklif amili işləyir. Tələb çoxalanda qiymətlər artır".
Rüfət Quliyev bayram günlərində otellər və restoranlarda qiymətlərin qalxdığını vurğulayıb:
"Buna səbəb həmin məkanlarda müəyyən tədbirlərin keçirilməsidir. Amma bu bahalaşma mövsümü xarakter daşıyır. Sonra qiymətlər tənzimlənir, tələb azalır. Bundan sonra qiymətlər enir".
Bahar Rüstəmli
Şərhlər