İdman 13:26 16.10.2023

Şotlandiya klubunun yeni baş məşqçisinin adı müəyyənləşdi

Şotlandiya klubu "Reyncers"in yeni baş məşqçisinin adı müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, komanda Filip Klemenetə tapşırılıb.  Sonuncu dəfə "Monako"nu çalışdırmış 49 yaşlı mütəxəssislə 3,5 mövsümlük razılığın əldə olunduğu bildirilib.

Bu mövsüm çempionluq uğrunda mübarizədə səkkiz turdan sonra əzəli rəqibi "Seltik"dən yeddi xal geri qalan "Reyncers"in baş məşqçisi britaniyalı Mixael Bil istefaya göndərilmişdi.

Belçikalı məşqçi əvvəllər ölkəsində "Beveren", "Genk", "Brügge"də də işləyib. 

Səbuhi Həsənov