Xəbər lenti

Oyun vaxtı infarkt keçirən futbolçu karyerasını dondurdu
İdman06:02 03.11.2023

Oyun vaxtı infarkt keçirən futbolçu karyerasını dondurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AZ Alkmaar" - "NEC Niymegen" matçında infarkt keçirən Bas Dost futbolçu karyerasına ara vermək qərarına gəlib. 
Qaynarinfo-nun məlumatına görə, matçın son dəqiqələrində yıxılan futbolçunun həkimlərin müdaxiləsindən sonra vəziyyəti yaxşıdır. Oyunçu karyerasını müəyyən müddətə qədər dondurduğunu bildirib. 
Bas Dost açıqlamasında, "Çoxlu analizlər verdim. Həkimlər dedilər ki, ürəyim əzələsində iltihab var. Çox şanslıyam ki, çöldə uğurla reanimasiya olundum. "Niymegen" və "AZ Almaar"ın həkimlərinə təşəkkür edirəm. Yaxın günlərdə müayinələr davam edəcək. Bu vəziyyətdən tam sağalmaq üçün istirahət etməliyəm. Bu istirahətdən sonra gələcəyimlə bağlı daha çox fikirlərim olacaq. Hələlik futbola ara verirəm. Ailəmlə qalacağam. Ümid edirəm ki, hamı buna hörmətlə yanaşacaq" - sözlərini söyləyib. 
Səbuhi Həsənov