İngiltərə Birinci Liqasında "Bolton Vanderers”lə "Çeltenhem Taun” arasında baş tutan matçda ürəktutması keçirən azarkeş dünyasını dəyişib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Bolton Vanderers” açıqlama yayıb. Klub sadiq azarkeşi, 71 yaşlı Leyn Purslovun öldüyünü bildirib.
Ötən həftə keçirilən görüşün ilk yarısında sözügedən azarkeş ürəktutması keçirib. Baş hakim oyunu dayandırıb və tibbi persomaın azarkeşə yardım etməsinə şərait yaradıb. İlkin tibbi yardım edilməsinə və xəstəxanaya çatdırılmasına baxmayaraq azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Səbuhi Həsənov