Xəbər lenti

Oyundan sonra dava düşdü, iki futbolçu xəstəxanalıq oldu
İdman13:09 12.06.2023

Oyundan sonra dava düşdü, iki futbolçu xəstəxanalıq oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə Həvəskarlar Liqasında keçirilən bir matçdan sonra futbolçular arasında dava düşüb. 
Qaynarinfo DHA-ya istinadən xəbər verir ki, qrupda birinci yer uğrunda əhəmiyyətli olan "Koldere" ilə "Horozköyspor" arasında keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
Final fitindən sonra ara qarışıb. Belə ki, "Horozköyspor"un oyunçuları rəqib həmkarlarına hücum çəkib. "Koldere"nin formasını geyinən Mücahit Coşkunla Tarık Doğan təpik və yumruq zərbələrinə məruz qalıb, bədənlərinin müxtəlif yerlərindən yaralanaraq xəstəxanaya yerləşdiriliblər. Asayiş keşikçiləri meydanda baş verənlərdən sonra futbolçuları çətinliklə sakitləşdirməyə nail olub.
Oyundan sonra istintaq başladılıb və dava edən oyunçuların ağır cəzalar alacağı gözlənilir. 
Səbuhi Həsənov