Xəbər lenti

PA rəsmisindən yeni tvit
Siyasət10:02 09.10.2014

PA rəsmisindən yeni tvit

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Respublikaçı Robert Dold Konqresə seçilmək üçün Dağlıq Qarabağdakı separatçı rejimi ABŞ-ın müttəfiqi elan edir."

ANS PRESS-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.

Bildirək ki, ABŞ Konqresinə İllinoys ştatının 10-cu dairəsindən namizəd olan Robert Dold seçki kampaniyasında beynəlxalq qalmaqal yaradacaq fikirlər səsləndirir, işğalçı ermənilərin törətdiyi cinayətlərə göz yumur, erməni lobbisinin səsini qazanmaq üçün yalan bəyanatlar verir.

Xatırladaq ki, o, 1915-ci ildə baş verən faciəli hadisələrin tanınması haqqında qətnaməni və "erməni soyqırımı"nı dəstəkləyən siyasətçi kimi də tanınır.

Qaynar.info