Xəbər lenti

Pakistanın dövlət xadimi Azərbaycanda məhkəməyə verilib?
Ekonomiks13:25 25.10.2022

Pakistanın dövlət xadimi Azərbaycanda məhkəməyə verilib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Magsi Zulfuqar Ali adlı əcnəbi vətəndaşı xüsusi icraat qaydasında məhkəməyə verib. 
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Noyabr ayının 3-nə məhkəmə baxış iclası təyin edilib.
İşin mahiyyəti vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə xüsusi icraatdan ibarətdir.
Məhkəməyə verilən şəxsin adı Pakistanın dövlət xadimi Magsi Zulfuqar Alinin adı ilə eynilik təşkil edir. O, 2008-2013-cü ildə Pakistanın Bəlucistan əyalətinin qubetnatoru olub. 
Məhkəməyə verilən şəxsin məhz Pakistanın dövlət xadimi olduğunu dəqiqləşdirmək mümkün olmayıb. 
Seyid