Xəbər lenti

Panama millisinin futbolçusu Azərbaycan klubundan imtina etdi
İdman12:15 29.12.2018

Panama millisinin futbolçusu Azərbaycan klubundan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Panama milli komandasının futbolçusu Armando Polo Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif alıb.
Qaynarinfo xəbər verir ki, ölkəsinin "Tauro" klubundan ayrılan 28 yaşlı vinqer Salvador təmsilçisi "Sonsonate"yə transfer olub. Polo açıqlamasında Azərbaycan da təklif aldığını söyləyib:
"Azərbaycan, Honduras və Misir klublarından təklif almışdım. Ancaq mən "Sonsonate"yə gəlməyi üstün tutdum. Hədəflərim var və doğru qərar verdiyimi düşünürəm".
Qeyd edək ki, Armando 2010-cu ildən Panama yığmasına dəvət alır.