Xəbər lenti

Pandemiyanın dünyaya vurduğu ziyanın məbləği açıqlandı
Ekonomiks17:00 20.05.2020

Pandemiyanın dünyaya vurduğu ziyanın məbləği açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus pandemiyası dünyaya 9 trilyon dollar həcmində ziyan vurub. 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət katibi Mayk Pompeo bildirib.
Pompeo qeyd edib ki, bu pandemiya 90 min nəfər amerikalının həyatına son qoyub, martdan 36 milyon amerikalı işini itirib. Bütün dünyada isə 300 min nəfər ölüb: "ABŞ-ın qiymətləndirməsinə görə, koronavirus pandemiyası dünyaya  9 trilyon dollar ziyan vurub”.