Xəbər lenti

Papağını döyüş meydanında qoyub qaçan erməni zabiti - REPORTAJ
Ölkə12:26 30.04.2017

Papağını döyüş meydanında qoyub qaçan erməni zabiti - REPORTAJ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprel sona çatır.2016-cı ilin aprel ayından fərqli olaraq bu ilin aprelini səs-küysüz yola verdik. Əlbəttə ki, mən Azərbaycan-Ermənistan qoşunlarının qarşıdurma xəttindəki səs-küydən danışıram... Yəni, ötən illərdən fərqli olaraq uzun illərdir ki, hərbi qələbə aclığı yaşayan xalq bu apreli ordunun xalqa bəxş elədiyi kiçik qələbənin ildönümü kimi qeyd elədi. Bu aprel hər kəs, ötən aprel günlərini xatırladı, andı, qeyd etdi...
Əlbəttə ki 2016-cı ilin aprel ayını müharibə adlandırmaq bir qədər şişirtmə olar.Amma qələbəni qeyd etməmək böyük haqsızlıqdan başqa bir anlama gəlməz.Elə mən də sizə çoxlarının hələ də dərk etmədiyi, bəzi qüvvələrin təsiri nəticəsində qəbul edə bilmədiyi qələbədən söhbət açacağam.
Hər kəsə məlumdur ki, 2016-cı ilin aprel ayına qədər düşmən dəfələrlə cəbhədə iyrənc təxribatlara əl atır, həm hərbi mövqelərimizi, həm də dinc sakinlərimiz yaşayan kənd və qəsəbələri atəşə tuturdu.Düşmənin təxribatlarına cavab həmləsi isə 2016-cı ilin aprel ayında gəldi.
Komandanlıq bütün cəbhəboyu mövqelərimizi artilleriya atəşinə tutan düşmənə cavab zərbəsi endirməsi barədə əmr verdi. Aprelin 2-si hələ danyeri sökülməmiş düşmənə endirilən zərbələr, sözün əsl mənasında xalqın qəlbindəki intiqam yanğısına su çiləməklə yanaşı, düşmənin başına od ələyib onlara bu dünyada cəhənnəm yaşatdı. Artıq Ermənistan ordusunun hərbçiləri birmənalı şəkildə anladılar ki, Ermənistan ordusu heç də Yerevan tribunalarında təriflənən qədər deyil...
Artıq qəhrəman Azərbaycan əsgərinin cəmi bir-iki saatlıq sərrast atəşlərinə davam gətirə bilməyən işğalçı ordu necə deyərlər noqdaunt halında idi.Və tək çarələri illərdir tərifləri ta ərşə qalxmış istehkamlarını tərk edərək geri çəkilmək oldu.Bəli, ordumuz cəmi bir gecədə əks həmləylə həm düşməni susdura bildi, həm də işğal altında olan ərazilərimizin kiçik bir hissəsini azad etdi.Əlbəttə ki, şəhidlərimiz də oldu. Amma nəzərə alsaq k,i hər iki istiqamətdə yüksəkliyə doğru hərəkət etdik və düşmənin itkiləri bizdən qat-qat çox oldu. Bax bunu da bir başqa nailiyyət hesab etmək olardı.Məhz həmin tapşırıq nəticəsində Füzuli rayonu istiqamətində Lələtəpə yüksəkliyində, Ağdərə rayonunun Talış kəndi istiqamətindəki Talış yüksəkliklərində üçrəngli dövlət bayrağımız qürurla dalğalandı.Bundan sonra əlacları kəsilən işğalçı ordu açıq məğlubiyyətlərini həzm edə bilməyib, çıxış yolunu növbəti iyrəncliklərə əl atmaqda gördülər.Ağdam və Tərtər rayonları istiqamətində kəndləri, dinc əhalinin yaşadığı yaşayış məntəqələrini ağır artilleriyayla atəşə tutdular. Hər iki istiqamətdə əhali mülki şəhid və yaralılar verdi, xeyli yaşayış evləri mərmilərə tuş gəlib darmadağın oldu. Lakin dinc əhali orduya güvənərək, əsgərin arxasında qaçmamaqla - öz kəndlərini tərk etməməklə düşmənə daha bir zərbə endirdi.Artıq Ermənistan ictimaiyyəti və ermənipərəst qüvvələr Azərbaycanın əsl gücünü gördülər.Döyüşlər tam bitəndən sonra istər Lələtəpə, istərsə də Talış yüksəklikləri istiqamətinə bir neçə dəfə səfərim oldu.Hətta düşmənin qoyub qaçdığı postunu gedib gəzmək şansını əldə edə bildim.İyrənc təbliğatlarla Azərbaycan ordusunun əldə etdiyi qələbəni görməzlikdən gələnlərə, bunu təbliğ edənlərə məhz elə həmin postlarda görüb, kameramın yaddaşına qeyd etdiyi kadrlarla açıq cavab vermək mümkündür.
İlk olaraq uzun illərdir ki, düşmənin mifləşdirdiyi Ohanyan səddindən başlamaq istəyirəm. O səddən ki, erməni əsgərlərini uydurmalarla elə inandırmışdılar ki, güya oranı Tanrı belə yarıb keçə bilməyəcək. Şahidi olduğunuz kimi, ordumuzun hərbçiləri tapşırıq verilən zaman həmin səddi bir neçə dəqiqəyə yararaq düşmən postlarını ələ keçirmiş, hələ üstəlik, bir neçə kilometr Talış kəndi istiqamətində irəliləyərək düşməni həmin ərazidən daha da geriyə kürümüşdülər.İndi kadrlarda gördüyünüz tikanlı məftillərlə sarınmış bu beton dirək toplusu Ohanyanın özü kimi ordumuzun əsgərlərinə aciz-aciz baxmaqdan başqa heç bir işə yaramır.Özü də Azərbaycan ordusunun hazırkı mövqelərindən kilometirlərlə arxada qalmaqla...
Əlbəttə ki, bəzən sosial şəbəkələrdə erməni hərbi bloggerlərin təxribatları ilə rastlaşırıq.Onların xüsusi xidmət orqanları tərəfindən hazırladığı şəxslərin informasiyalarını istər-istəməz beyinlərimizə həkk edirik.Əlbəttə ki, dəfələrlə şəxsən mən də rastlaşmışam.Məlumatlarda işğalçı erməni ordusunun nəzarət etdiyi Azərbaycan ərazilərində uzun müddətdir ki, möhkəmlətdiyi istehkamlardan, gücləndirilmiş postlardan dəm vurulur.Təqdim edəcəyim növbəti kadrlarda elə mən də həm o zadların "bərkitdikləri" şeylərdən danışmaq isdəyirəm.Kadrlardan gördüyünüz kimi lap arxada tərk edilmiş düşmən postu, həmin posta gedən səliqəsiz çəkilmiş səngər yolu və yenə tikanlı məftillərə bürünmüş beton dirəklər.Sual yarana bilər ki, ermənilər buranı artilleriya atəşi nəticəsində tərk edib.Artilleriya zərbəsi ilə vurulan tikili öncə dağıntılara, sonrasa yanğına məruz qalar.Amma kadrlardan göründüyü kimi ayrı-ayrı ərazilərdə çəkilmiş postlarda heç bir mərmi izi yoxdur.Bu da bir daha onu sübut edir ki, Ermənistan ordusunun Azərbaycan əsgəri qarşısında dayanmağa nə mənəvi-psixoloji, nə də fiziki gücü var. Maddi gücdənsə söz açmaq heç yerinə düşməz. Axı olmayan bir şeydən necə danışmaq olar?..
Müqayisəyə gəlməyəcək daha bir detalı diqqətinizə çatdırım ki, hazırda işağldan azad etdikləri ərazilərdə mövqelənən ordumuzun bölmələrin xidmət apardığı ən ucqar postlarında belə yüksək standartlara cavab verən müəşət yataq şəraiti yaradılıb.Orada müassir avadanlıqlarla təchiz edilmiş istirahət otaqları, şəhər mərkəzlərində olduğu kimi hamam otaqları quraşdırılıb.Daimi isti-soyoq su və işıq xətti çəkilib.Kadrlarda gördüyünüz mənzərə isə ermənilərin tərk etdikləri növbəti bir postun kazarmasıdır. Sınıq-salxaq çarpayı, uzun illərdir tikilmiş kazarmada elektrik enerjisinin olmadığını sübut edən neft lampası və döşəməsi bir yana qalsın, suvağı belə olmayan bir tikili...
Beləliklə, bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, 2016-cı ilin aprelində Azərbaycan ordusu düşmənin mifləşdirdiyi sənədlərlə bərabər, işğalçı dövlətin rəsmilərinin öz xalqları arasında yaratdığı inamı və etibarı da qıraraq məhv etdi.Yəni, aprel döyüşlərində Azərbaycan bir neçə qələbə əldə etdi.Ermənistan cəbhədə strateji əhəmiyyətli mövqelərini, ölkədəsə öz etibarlarını itirdi.Azəbaycan xalqı bir daha ordusunun hansı gücə qadir olduğunun şahidi oldu. Və onsuz da yüksək olan döyüş ruhu bir az daha yüksəldi. Şübhəsiz ki, hərb tariximizə əlvan rəngli hərflərlə yazılan aprel döyüşləri ordumuzun böyük qələbəsinin start nöqtəsidir.Hərbi sirlərin yayılmamasını nəzərə alaraq sizə mövqelərimizdən görüntülər təqdim edə bilmədim.Amma sonuncu təqdim edəcəyim görüntüdə Azərbaycan ordusunun postlarında necə ərənlərin xidmət etdiyini təsvir edəcəksiniz. Özü də hazırda yaşayış olmayan Talış kəndinin və düşmən ordusunun zabitinin döyüş meydanında qoyub qaçdığı papağın fonunda...
Qaynar.Az
Mənbə: cebhe.info