Xəbər lenti

Paracüdoçularımız vətənə qayıtdı
İdman11:29 30.08.2021

Paracüdoçularımız vətənə qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio-2020 Yay Paralimpiya Oyunlarında böyük əzmkarlıq nümayiş etdirən paracüdoçularımızdan bir qrupu Bakıya qayıdıb. 
Cüdo Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə onlar arasında qızıl medal qazanan Vüqar Şirinli (60 kq) və Şahanə Hacıyeva (48 kq), bürünc medalçı Namiq Abbaslı (66 kq), eləcə də 7-ci yerlə kifayətlənməli olan Bəsti Səfərova (52 kq) yer alıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Azərbaycan Cüdo Federasiyası, Milli Paralimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Neftçi İdman Klubu”nun  əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçuların yaxınları qarşılayıblar.
Tokio-2020-də paracüdoçularımızdan Şahanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63kq), Dürsədəf Kərimova (+70 kq), Vüqar Şirinli (60 kq) və Hüseyn Rəhimli (81 kq) qızıl, Namiq Abbaslı (66 kq) ilə İlham Zəkiyev (+100 kq) isə bürünc medal qazanıblar.
Səbuhi Həsənov