Xəbər lenti

Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçdı
İdman15:12 13.09.2016

Paralimpiyaçı olimpiya çempionundan daha sürətli qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 1500 metr məsafəyə qaçışın qalibi olimpiya çempionundan daha sürətli olub.
Əlcəzairdən olan paralimpiyaçı Abdellatif Baka bu məsafəni 3 dəqiqə 48,29 saniyəyə qaçıb. Efiopiyalı Tamir Demiss 3 dəqiqə 48,59 saniyəyə qaçaraq ikinci, Keniyadan olan paralimpiyaçı Henri Kirve isə 3-cü olub. Abdellatif Bakanın qardaşı Fuad Baka isə 3 dəqiqə 49,59 saniyə ilə finişə dördüncü çatıb.
Halbuki son olimpiya çempionu, ABŞ idmançısı Mettyü Tsnetroviç bu məsafəni 3,5 dəqiqəyə qaçıb. Bu isə paralimpiyaçıların mübarizəsində ilk 4 yeri tutanların göstəricilərindən də zəifdir. Amma Tsnetroviç 108 il ərzində 1500 metrlik məsafəyə qaçışda olimpiya çempionu olan ilk ABŞ idmançısıdır.("Report")
Qaynarinfo.Az