Xəbər lenti

Paralimpiyaçılarımız açılış mərasimində iştirak etdi
İdman12:29 24.08.2021

Paralimpiyaçılarımız açılış mərasimində iştirak etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının  açılış mərasimi keçirilib. 
Qaynarinfo xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və baş katib Kamal Məmmədov iştirak ediblər.
Paradda Paralimpiya çempionu, bayraqdar Oloxan Musayev ilə birgə 13 nəfər idmançı, nümayəndə heyətinin 7 nəfər üzvü olmaqla 20 nəfər iştirak edib. Ölkəmizin heyəti parada yaxalarında Azərbaycanın milli mədəniyyət göstəricisi, 44 günlük müharibənin simvoluna çevrilmiş xarı bülbül ilə çıxıblar.
Azərbaycan Milli Paralimpiya komandası Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında  ölkəmizi 6 idman növündə 46 kateqoriyada rekord sayda 35 idmançı ilə təmsil edəcək. Yarışlara komandamızdan ilk olaraq pauerliftinq idman növü üzrə milli komandanın üzvü Pərvin Məmmədov avqustun 26-da qoşulacaq.  
Səbuhi Həsənov