Parataekvondoçularımız da İranda uğurlu çıxış edərək üç medal qazanıb.
Qaynarinfo xəbər verir ki, komandamız Asiya regionu üzrə parataekvondoçular arasında keçirilən "President Cup" G-2 kateqoriyalı turnirə 5 idmançı ilə qatılıb.
Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərovun rəhbərlik etdiyi komanda üzvlərindən Sabir Zeynalov (K-44, 58 kq) və İmaməddin Xəlilov (K-44, 70 kq) gümüş, Əbülfəz Abuzərli isə (K-44) 80 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Yığmamız komanda hesabında dördüncü yerə sahib olub.
Səbuhi Həsənov