Xəbər lenti

Paris-2024: Açılışda çılpaq mavi tanrını canlandıran aktyor üzr istədi
İdman13:57 30.07.2024

Paris-2024: Açılışda çılpaq mavi tanrını canlandıran aktyor üzr istədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aktyor Filipp Ketrin Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində mavi rəngə boyanmış və az qala çılpaq halda tanrı Dionis rolunu oynadığı üçün üzr istəyib. 
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.
"Hər kəs çılpaq olsaydı, müharibələr olmazdı. Bıçaq və ya silah gizlətməyə yer yoxdur. Çılpaq kişi zərərsizdir. Üstəlik, Qədim Yunanıstanda keçirilən Olimpiadada idmançılar çılpaq yarışırdılar. Mən də xristian kimi böyümüşəm. Xristianlığın əsas fəziləti isə bağışlamaqdır. Xarici görünüşüm kimisə şoka saldısa, üzr istəyirəm", deyə aktyor bildirib.
Qeyd edək ki, Olimpiadanın açılış mərasimi ciddi tənqid olunub. Xüsusən də mərasimin təşkilatçıları Leonardo da Vinçinin "Sonuncu Şam yeməyi" tablosunun parodiyasına görə dindarlara hörmətsizlikdə ittiham olunublar.
Bundan sonra Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasiminin videosu oyunların rəsmi saytından və "YouTube" kanalından silinib.
Aydın