Xəbər lenti

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəldi
İdman15:26 28.07.2024

Paris-2024: Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
 
Qaynarinfo Report-a istinadən xəbər verir ki, 92 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Xulio Sesar la Krusla (Kuba) ilə üz-üzə gəlib.
İkiqat olimpiya çempionu olan rəqibinə gələn təmsilçimiz adını 1/4 finala yazdırıb.
Qeyd edək ki, A.Dominqesin növbəti döyüşü avqustun 1 gerçəkləşəcək. O, növbəti mərhələdə Aybek Oralbayla (Qazaxıstan) qarşılaşacaq.