Xəbər lenti

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı
İdman16:22 31.08.2024

Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.
Qaynarinfo xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.
Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.
Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin üçqat qızıl mükafatçısıdır.