Xəbər lenti

Paris-2024: İspaniyanın futbol millisi çempion oldu
Ölkə19:39 09.08.2024

Paris-2024: İspaniyanın futbol millisi çempion oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışının qalibi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.
Görüşün əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda İspaniya yığmasının üzvü Serxio Kamelyonun dublu (100, 120+1) həlledici olub - 5:3. İspaniya komandasından Fermin Lopes də (18, 25) dubla imza atıb. Digər qolu 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.
Fransa yığmasından isə Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.