Xəbər lenti

Paris 2024 üçün biletlərin 70 faizi satılıb
İdman06:25 25.05.2023

Paris 2024 üçün biletlərin 70 faizi satılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn il Fransada keçiriləcək Paris Olimpiya Oyunlarının başlamasına təxminən 14 ay qalsa da biletlərin xeyli hissəsi satılıb.
Qaynarinfo-nun məlumatına görə, biletlərin 70 faizi öz sahiblərini tapıb. "France Bleu"nun xəbərinə görə, Olimpiya Komitəsi (Cojo) tərəfindən satışa 10 milyon bilet çıxarılıb. Onların 7 milyonu satılıb. Satılan biletlərin 63,5 faizini Fransada yaşayanlar alıb.
Olimpiadaya qədər qalan 3 milyona yaxın biletin də satılacağı gözlənilir. Olimpiya Komitəsinin prezidenti Tony Estanget bildirib ki, biletlərin satış rəqəmi insanların Paris 2024-ə çox güclü həvəsindən irəli gəlir.
Bilet satışından əldə olunan gəlirin təşkilatın 4,4 milyard avroluq büdcəsinin təxminən 1,4 milyardını qarşılayır.
Səbuhi Həsənov