Xəbər lenti

“Park Bulvar” Milli Mətbuat günü ilə bağlı görüş keçirib
Ekonomiks 13:05 08.07.2024

“Park Bulvar” Milli Mətbuat günü ilə bağlı görüş keçirib

22 İyul Milli Mətbuat Günü münasibətilə ölkənin aparıcı media qurumlarının jurnalistləri "Park Bulvar”a dəvət olunub.

Görüşdə "Park Bulvar”ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndələri jurnalistlərlə həmsöhbət olub, alış-veriş və əyləncə mərkəzi haqqında məlumat veriblər. 

Əsas etibarı ilə əyləncədən ibarət olan tədbirdən sonra media nümayəndələri "Park Bulvar”ın qarşısında təşkil olunmuş konsert proqramını izləyiblər.

Qeyd edək ki, bu il milli mətbuatın 149 ili tamam olur. 

Bir əsrdən çox yaşı olan milli mətbuatımız bu dövr ərzində uzun yol qət edərək , bugünə gəlib çatıb. 

Bir çox məsələlərin işıqlandırılıb həll olunmasında media işçilərinin əməyi danılmazdır. 

Bu baxımdan jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, işlərində uğurlar arzulayırıq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->