Xəbər lenti

Parlamentdə həkimlərin reklamına qadağa qoyulması təklif olundu
Ölkə12:30 03.02.2025

Parlamentdə həkimlərin reklamına qadağa qoyulması təklif olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif olunub.
Qaynarinfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Musa Quliyev çıxış edib.
O qeyd edib ki, "Reklam haqqında" qanuna dəyişiklik edilməlidir:
"Dəyişikliklərdə də tibbi xidmətdə konkret nəyin reklam edilib-edilməməsi müəyyənləşdirilməlidir. Məsələn, dünyanın əksər ölkələrində həkimin reklamı qadağandır. Hesab edirəm ki, bu bizdə də qadağan olunmalıdır".
Qafqaz Rafiqoğlu